Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Quliyev saxlanılmışdır
01.02.2020Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Abbasov fevralın 1-də saat 2 radələrində 11-ci mikrorayon ərazisindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.