Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Cavadov saxlanılmışdır
01.02.2020Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cavadov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakini, əvəllər məhkum olunmuş Ç.Ağayev saxlanılmışdır. Onun evindən isə 794 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.