Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan S.Həsənov saxlanılmışdır
01.02.2020Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddələri ilə axtarışda olan S.Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki 1 həyətyanı sahədən və 3 evdən qaz sayğacı, təmir-tikinti alətləri, elektrik naqili və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.