Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.02.2020Fevralın 1-də saat 19 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurmuşdur. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.