Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.02.2020Fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.