Münaqişə zəminində oğlu Mahiri ov tüfəngindən açdığı atəşlə qətlə yetirmiş Y.Bayramov könüllü olaraq polisə təslim olmuşdur
01.01.2020Yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y.Bayramovun yaşadığı Göygöl rayonu Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.
Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.
Hadisə yerinə baxış zamanı evin 90 kvm. sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilmiş, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülmüşdür.Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil vermişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.