Biləsuvar rayonu ərazisində “Hyundai” markalı avtomobilə baxış zamanı heroin və metamfetamin aşkar edilərək götürülmüş, sürücü və sərnişinləri saxlanılmışlar
01.01.2020Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülmüşdür.
M.Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A.Paşayev və Ağcabədi rayon sakini M.Qasımov saxlanılmışlar.