Sabirabad şəhəri ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulmuşdur
01.01.2020Yanvarın 1-də saat 7 radələrində Sabirabad şəhəri ərazisində Saatlı rayon sakini M.Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.