Nəsimi rayonu ərazisində yerləşən parkların birində bir nəfərin qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
01.01.2020Ötən il dekabrın 31-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini bir nəfərin 300 manat dəyərində qızıl boyunbağısını soyğunçuluq yolu ilə almışdır.
Nəsimi RPİ 22-ci PŞ və NBPİ DYNPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Əhmədov, E.Maqdiyeva və E.Quliyev saxlanılmışlar.