Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə yolu keçən piyada vurulmuşdur
01.01.20202019-cu il dekabrın 31-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Ramazanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Şəhriyar Cəfərovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 1-də orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.