“28 May” stansiyasının yaxınlığında taksofonu sökərək oğurlamaqda şübhəli bilinən C.Cahangirov saxlanılmışdır
21.12.2019Dekabrın 18-də metronun “28 May” stansiyasının yaxınlığında Bakı Telefon Rabitəsi MMC-yə məxsus taksofonun sökülməsi barədə Nəqliyyatda Baş Polis İdarəsinə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş C.Cahangirov saxlanılmışdır.
Araşdırma aparılır.