Xaçmaz rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Manafov saxlanılmışdır
21.12.2019Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.