Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
21.12.2019Dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.