Sabirabad kənd sakini S.Şükürovdan müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi götürülmüşdür
21.12.2019Dekabrın 20-də Sabirabad RPŞ-yə müraciət edən Rüstəmli kənd sakini F.Şükürova həmin gün saat 20 radələrində həmkəndlisinin tüfəngdən atəş açaraq onun itini öldürdüyünü bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini S.Şükürovdan müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi götürülmüşdür.Araşdırma aparılır.