Özünü Kür çayına atmış Mingəçevir şəhər sakini V.Əmirov polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində sudan çıxarılmışdır
21.12.2019Dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atmışdır.
Mingəçevir Şəhər Mühafizə Şöbəsinin həmin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində o sudan çıxarılmış, xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Onun şəhər sakini V.Əmirov olduğu müəyyən edilmişdir.Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.