Gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılmışdır
09.12.2019Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılmışdır.