Quldurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini C.Həmidli saxlanılmışdır
09.12.2019Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Nərimanlı dekabrın 8-də paytaxtın Q.Qarayev prospektində 3 nəfərin onu döyüb mobil telefonunu aldığını bildirmişdir.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini C.Həmidli saxlanılmışdır.
Araşdırma aparılır.