Bakı şəhər sakini Ramal Kazımovu qətlə yetirməkdə şübhəli bilinən N.Səfərov saxlanılmışdır
09.12.2019Dekabrın 9-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səfərov saxlanılmışdır.Faktla əlaqədar cinayət işi başlanılmışdır.