Astara rayonunun Təngərüd kənd sakini S.Qasımovdan ümumilikdə 451 ədəd metadon həbi götürülmüşdür
09.12.2019Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təngərüd kənd sakini S.Qasımov 4 ədəd metadon həbini satarkən saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan əlavə olaraq 447 ədəd metadon həbi götürülmüşdür.