Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Göyçay şəhər sakini Səadət İmanova yerləşdirildiyi xəstəxanada ölmüşdür
09.12.2019Dekabrın 8-də saat 23 radələrində Göyçay şəhərinin Nizami küçəsində rayon sakini D.Baxışov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səadət İmanovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada bir gün sonra orada ölmüşdür.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.