Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.11.2019Noyabrın 16-da saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.