Həmkəndlisini ov tüfəngi ilə öldürüləcəyi ilə hədələyən Ağcabədi rayon sakini S.Zeynalov saxlanılmışdır
16.11.2019Noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.