Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
16.11.2019Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Əliyev və Ə.Muxtarov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.