Ağcabədi rayonu ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyev saxlanılmışlar
16.11.2019Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyev Laçın RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.
T.Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı 1 ədəd “İJ-58” markalı və 1 ədəd “Laurona-710” markalı ov tüfəngləri, 34 ədəd patron və 7 ədəd ovlanmış turac quşu aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.