Balakən rayon sakini Elvin Balayevi öldürməkdə şübhəli bilinən Z.Layıcov saxlanılmışdır
14.11.2019Noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilmişdir.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.