Nəsimi rayonu ərazisində F.Rzayevə zor tətbiq edərək 98 manatını almaqda şübhəli bilinənlər saxlanılmışlar
14.11.2019Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılmışlar.
Araşdırma aparılır.