Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində M.Əliyevin mobil telefonunu və pulqabısını oğurlamaqda şübhəli bilinən C.Həsənov saxlanılmışdır
14.11.2019Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55.000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılmışdır.