Nizami rayon sakini R.Şabanovaya zor tətbiq edərək qızıl boyunbağısını almaqda şübhəli bilinən S.Əsədov saxlanılmışdır
14.11.2019Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılmışdır.