Gəncə şəhərinin Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.11.2019Noyabrın 14-də saat 17 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsi ərazisində Şəmkir rayon sakini Raul Allahverdiyev idarə etdiyi “Mazda” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.