Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2019Oktyabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.