Bakı şəhər sakini R.Quliyev saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil vermişdir
22.10.2019Polis əməkdaşlarının apardıları profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Quliyev 1 ədəd nömrəsi silinmiş “Browning” markalı tapançanı, 2 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xəzər Rayon Polis İdarəsinə təhvil vermişdir.