Abşeron rayonu ərazisində avtomobildən pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılmışdır
22.10.2019Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 28-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 800 ABŞ dolları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən pul, sənəd, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.