Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində A.İsmayılovu bıçaqla hədələyib avtomobildə aparmaqda şübhəli bilinən şəxslərdən biri saxlanılmış, digər iki nəfərin də şəxsiyyətləri müəyyən edilmişdir

22.10.2019

Oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobildə aparılması barədə DİN-in “102” Zəng  Mərkəzinə müraciət daxil olmuşdur.

Məlumatla əlaqədar dərhal Sabunçu RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Sabunçu RPİ PPXB, DYPŞ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilmişdir.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilmişdir.

Araşdırma aparılır.

22.10.2019 tarixinə olan kriminal məlumatlar