Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2019Oktyabrın 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini V.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Gülməhəmməd Ərzimanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.