Ağcabədi şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
24.07.2019İyulun 24-də saat 10 radələrində Ağcabədi şəhəri ərazisində Beyləqan rayon sakinləri N.Quliyevin idarə etdiyi “Kia” və İ.Xudiyevin idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Quliyev və sərnişinləri - arvadı T.Quliyeva və Oğuz rayon sakini olan qaynanası Solmaz Abbasova xəstəxanaya yerləşdirilmiş, sonuncu şəxs orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.