Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Xaçmaz şəhər sakini E.İbrahimov saxlanılmışdır
24.07.2019İyulun 23-də Xaçmaz şəhərinin ərazisindən şəhər sakini M.Rəsulova məxsus “QAZ-21031” markalı avtomobil qaçırılmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini E.İbrahimov saxlanılmışdır.
Avtomobil isə iyulun 24-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisində tapılmışdır.