Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini İ.İsayev saxlanılmışdır
24.07.2019Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki evlərin birindən 800 manat, 3 ədəd mobil telefon və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsayev saxlanılmışdır.