18 baş qoyunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayonunun Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov tutulmuşlar
24.07.2019DİN-in Təhlükəsiz Şəhər Xidməti və Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 18 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov Binəqədi rayonunun ərazisində tutulmuşdur.
E.Abbasovun və E.Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 30-na keçən gecə rayon ərazisindəki daha bir evin həyətyanı sahəsindən 5 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.