Paytaxt sakini Kamran Abdullayevi qətlə yetirməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılmışdır
24.07.2019İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılmışdır.
Araşdırma aparılır.