Quba rayonunun Aşağı-Xuc kənd sakini Babək Şükürovu qətlə yetirməkdə şübhəli bilinən C.Əhmədxanov saxlanılmışdır
22.07.2019İyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.