Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini F.Ağayev avtomobillə birgə saxlanılmışdır
22.07.2019İyulun 20-də “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini A.Ağayev iyulun 19-na keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsindən “Renault” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Binəqədi RPİ 7-ci PB, Şabran RPŞ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Ağayev Şabran rayonunun ərazisində avtomobillə birgə saxlanılmışdır.