Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2019İyulun 22-də saat 8 radələrində Abşeron rayonunun Təzəkənd kəndi ərazisində Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.