Ağdam rayonunun Quzanlı kənd sakini R.Hüseynovun saxlanılmışdır
22.07.2019İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş vermişdir.
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılmışdır.Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.