Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2019İyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Zeynalov hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.