Oğurluqda şübhəli bilinərək saxlanılmış K.Alcanovun digər cinayət əməlləri də müəyyən edilmişdir
22.07.2019Nəsimi RPİ 22-ci PŞ, Xətai RPİ 34 və 36-cı PB və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da idman zallarının birindən 50 manat, fotoaparat və noutbuk oğurlamaqda şübhəli bilinən K.Alcanov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 21-də Xətai rayonu ərazisindəki mağazaların birindən kassa aparatı, habelə iyulun 22-də Bakı şəhər sakini R.Dadaşzadə ilə birgə 1 mağaza və 1 aptekdən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.