Səbail rayonunun Z.Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi
22.06.2019İyunun 22-də saat 11 radələrində Səbail rayonunun Z.Əliyeva küçəsində Şəmkir rayon sakini S.Əsgərova idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur.
Avtomobildəki sərnişinlərdən Bakı şəhər sakini Könül Abbaslı xəstəxanaya aparılarkən yolda ölmüş, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilmişlər.
Səbail RPİ tərəfindən araşdırma aparılır.