Zaqatala rayonu ərazisində “VAZ-2109” və “Shacman” markalı avtomobillər toqquşmuşdur
22.06.2019İyunun 22-də saat 5 radələrində Zaqatala rayonunun Sumaylı kəndi ərazisində şəhər sakini Çingiz Sulxayevin idarə etdiyi “VAZ-2109” və Balakən rayon sakini Ş.Osmanovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə Ç.Sulxayev və sərnişinlərindən həmyerlisi Elçin Qurbanov hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.