Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
22.06.2019İyunun 22-də saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində şəhər sakini M.Abdulov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Elnur Əliyevi vurmuşdur. E.Əliyev hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.