Nərimanov rayonunun Z.Bünyadov prospektində avtomobillə Kürdəmir rayon sakini Ş.Mənsimov vurulmuşdur
22.06.2019İyunun 22-də saat 10 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini C.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kürdəmir rayon sakini Şahin Mənsimovu vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.