Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
22.06.2019İyunun 22-də saat 1 radələrində Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.